Rəhimova komandasının qələbəsində pay sahibi oldu
- 24 Noy 2022 12:42
- 443
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar baş tutub. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin bu ölkədə çıxış edən sabiq üzvü Polina Rəhimovanın formasını geyindiyi "Kuzeyboru" 7-ci turda "İlbank" klubunun qonağı olub.
Səfərdə baş tutan görüş hücumçumuzun komandasının üstünlüyü ilə keçib. Oyunda yaxşı başlayan "Kuzeyboru" təşəbbüsü sonadək qoruyub. 3 set davam edən matçda Polina və rəfiqələri 3:0 (25:22, 25:21, 25:15) hesabı ilə qələbə qazanıblar.
"Kuzeyboru"nun çətinlik çəkmədiyi qarşılaşmada milli voleybolçumuz yalnız 3-cü setdə meydana çıxıb. Rəhimova az müddət oynasa da 9 xal qazanmaqla komandasının qələbəsində əsas pay sahiblərindən biri olub. O, meydan sahiblərini 8 dəfə hücumda, 1 dəfə isə blokda məyus edib.