Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimova Braziliya çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Osasco" 19-cu turda "Dentil Praia Clube" ilə üz-üzə gəlib. 

gərginliyi ilə yadda qalan görüş voleybolçumuzun komandası üçün pis başlayıb və "Osasco" 0:2 hesabı ilə geri düşüb. Məşqçi buna qədər əvəzedicilər skamyasından oyunu izləyən Rəhimovanı üçüncü hissədə meydana çıxarır və komanda təşəbbüsü ələ ala bilir. Hücumçumuzun möhtəşəm oyunu ilə "Osasco" möhtəşəm geridönüş edir və meydandan 3:2 (23:25, 22:25, 28:26, 31:29, 15:12) hesablı qələbə ilə ayrılır. 

Komandasının lider üzərində mühüm qələbə qazandığı matçda millimizin üzvü meydanda olduğu üç setdə 34 dəfə fərqlənib. Bu göstərici ilə o, qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Rəhimova xallardan 29-nu hücumda, 3-nü blokda, 2-ni isə eyslə qazanıb. 

Qeyd edək ki, xallarının sayını 40-a çatdıran "Osasco" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.