Türkiyədə qadın voleybolçuların çempionatında növbəti tur başa çatıb. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Kuzeyboru" 21-ci turda "Fenerbahçe" klubunun qonağı olub. 

Səfər qarşılaşmasında voleybolçumuzun komandası güclü rəqiblə bacarmayıb. 3 hissə davam edən matçda "Kuzeyboru" quru hesablı məğlubiyyətə üzülüb - 0:3 (15:25, 18:25, 14:25). 

Komandasının meydan sahibinə ciddi müqavimət göstərə bilmədiyi görüşdə milli hücumçumuz oynamayıb. 

Qeyd edək ki, "Kuzeyboru" 27 xalla turnir cədvəlində 10-cu yerdədir.