Türkiyədə qadın voleybolçuların birinciliyində ilk turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimovanın formasını geyindiyi "Kuzeyboru" 1-ci tur çərçivəsində "Qalatasaray"la üz-üzə gəlib. 

Aksarayda baş tutan görüş Polina və rəfiqələri üçün uğursuz alınıb. "Kuzeyboru" doğma azarkeşlər önündə rəqibin müqavimətini qıra bilməyib. Hücumçumuzun komandası 3 set davam etmiş matçda quru hesablı (03, 20:25, 23:25, 22:25) məğlubiyyətlə barışmalı olub. 

Komandasının xalsız qaldığı qarşılaşmada milli voleybolçumuz 12 dəfə fərqlənib. Rəhimova bu xallardan 10-nu hücumda, 2-ni isə blokda qazanıb.