Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimova Türkiyə çempionatında növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, hücumçumuzun şərəfini qoruduğu "Kuzeyboru" 15-ci turda "Aydın BLD" klubu ilə qarşılaşıb.
Görüş voleybolçumuzun komandası üçün pis başlayıb və Aksaray təmsilçisi ilk iki seti uduzub. Polina və rəfiqələri sonraki hissədə qalib gəlsələr də  bundan artığına gücləri çatmayıb. 4 set davam edən matçda "Kuzeyboru" 1:3 (21:25, 21:25, 25:21, 20:25) hesabı ilə məğlub olub.
Komandasının növbəti dəfə xalsız qaldığı görüşdə milli voleybolçumuz əvəzetmə ilə oynayıb. Rəhimova meydand olduğu müddətdə 7 dəfə fərqlənib. O, xalların hamısını hücumda qazanıb.