Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Polina Rəhimova Türkiyə çempionatında növbəti oyununu keçirib. "Rekord.az" xəbər verir ki, hücumçumuzun formasını geyindiyi "Karayolları" -- turda "Nilufer BLD" ilə üz-üzə gəlib. 

Doğma meydanda baş tutan görüş "Karayolları" üçün uğursuz alınıb. Yalnız bir setdə qalib gələn Polina və rəfiqələri meydandan 1:3 (17:25, 25: 19, 25:27, 17:25) hesablı məğlubiyyətlə ayrılıblar.

Komandasının xalsız qaldığı matçda millimizin üzvü 26 dəfə fərqlənməklə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Rəhimova bu xallardan 22-ni hücumda, 4-nü isə blokda qazanıb.