Rəhimovanın möhtəşəm oyunu komandasının qələbəsi üçün yetərli olmadı
- 20 Dek 2022 10:39
- 540
Türkiyədə qadın voleybolçuların birinciliyində növbəti oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, Azərbaycan millisinin sabiq üzvü Polina Rəhimovanın şərəfini qoruduğu "Kuzeyboru" 11-ci turda "Sarıyer BLD" klubunun qonağı olub.
Qarşılaşmaya meydan sahibləri daha yaxşı başlayıblar. Polina Rəhimova görüşə ehtiyat oyunçular skamyasında başlasa da, ilk setdə komandasının geri düşməsindən sonra məşqçilər onu oyuna salıblar. Bundan sonra "Kuzeyboru"nun oyununda canlanma müşahidə edilib. Milli hücumçumuz ard-arda xallar qazansa da, seti qalib başa vurmağa yetərli olmayıb. Növbəti hissədə də Polinanın səylərinə baxmayaraq, komandası uduzub. Ümumi hesabda 0:2 hesabı ilə geri düşsə qonaq komanda özündə güc tapa bilib. Ponanın möhtəşəm oyunu sayəsində "Kuzeyboru" növbəti iki seti öz aktivinə yazdıra bilib. Lakin həlledici hissədə meydan sahibləri daha dəqiq oynayıblar. 5 set davam etmiş görüşdə polina və rəfiqələri 2:3 (22:25, 23:25, 25:20, 25:22, 5:15).
Komandasının geridönüşlə bir xal qazandığı görüşdə hücumçumuz 29 dəfə fərqlənib. Oyuna sonradan daxil olsa da, Rəhimova bu göstərici ilə qarşılaşmanın ən məhsuldar oyunçusu olub. Polina bu xallardan 23-nü hücumda, 4-nü eyslə, 2-ni isə blokda qazanıb.