Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmə güləşçilərin dünya çempionatı sona çatıb.

Rekord.az xəbər verir ki, ltıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Rahim Həsənov debütdə minimal fərqlə qazaxıstanlı idmançıya qalib gəlib. Ancaq 1/4 finalda Gürcüstan təmsilçisiylə gərgin keçən mübarizədən məğlub ayrılıb.

Rəhman Kərimov ilk görüşdə Belarus idmançısına aman verməyib. Lakin növbəti mərhələdə Ukraynalı güləşçi keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Kərimov iyulun 25-də təsəlliverici görüşə çıxıb və Litva təmsilçisindən güclü olub. Rəhman prinsipial qarşılaşmada Ermənistan idmançısı üzərində də böyükhesablı qələbə qazanaraq dünya çempionatını bürünc medalla başa vurub.

Fərid Xəlilov startda macar güləşçiyə uduzub.

Ruslan Nurullayev 1/8 finalda ABŞ təmsilçisinə ilk hissədə qalib gəlib. Belarus idmançısını da vaxtından əvvəl üstələyən Nurullayev yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı rəqibinə məğlub olan Ruslan ümidini bürünc medala bağlayıb. İyulun 25-də baş tutan həlledici görüşdə gürcü güləşçini üstələyən pəhləvanımız millimizə 4-cü bürünc medalı qazandırıb.

Əli Quliyev ilk mərhələdə özbək həmkarıyla bacarmayıb.

Beləliklə, yunan-Roma güləşi üzrə millimiz DÇ-də 4 bürünc medal qazanıb.

45 kq
Təsnifat: Rahim Həsənov - Yerbol İbrahim (Qazaxıstan) 4:3
1/4 final: Rahim Həsənov - Anri Xozrevanidze (Gürcüstan) 3:4

51 kq
1/8 final: Rəhman Kərimov - Maksim Razqalavets (Belarus) 10:1
1/4 final: Rəhman Kərimov - Yuri Tovt (Ukrayna) 4:8
Təsəlliverici görüş: Rəhman Kərimov - Vilius Adomaviçyus (Litva) 8:3
Bürünc medal görüşü: Rəhman Kərimov - Hayk Lyudviqyan (Ermənistan) 7:1

60 kq
1/8 final: Fərid Xəlilov - David Manik (Macarıstan) 1:6

71 kq
1/8 final: Ruslan Nurullayev - Skot Ştauffenberq (ABŞ) 9:0
1/4 final: Ruslan Nurullayev - Nikita Miajeynikov (Belarus) 8:0
1/2 final: Ruslan Nurullayev - Əlirza Murad Abdevali (İran) 2:7
Bürünc medal görüşü: Ruslan Nurullayev - Tornike Mikeladze (Gürcüstan) 3:1

92 kq
Təsnifat: Əli Quliyev - Javlon Tirkaşiyev (Özbəkistan) 0:8