Rekord "Sumqayıt"a, üstünlük "Turan Tovuz"a məxsusdur
- 08 Okt 2024 11:00
- 270
Ötən gün keçirilən 9-cu turun oyunları ilə 2024-25-ci il futbol mövsümündə ilk dövrəyə yekun vurulub.
Rekord.az xəbər verir ki, Sumqayıtda keçirilən "Sumqayıt" - "Qarabağ" matçında mövsümün rekordu qeydə alınıb - 7000 azarkeş.
Ən az azarkeş isə 6-cı turun "Araz Naxçıvan" - "Kəpəz" matçında qeydə alınıb - 100 azarkeş.
Ümumilikdə isə ilk dövrədə ən çox azarkeş "Turan Tovuz"un ev oyunlarına gəlib - 19400 azarkeş.
İkinci yerdə "Sumqayıt" gedir. Bu klubun ilk dövrədəki ev oyunlarını 12350 azarkeş izləyib.
Üçüncü yerdə isə "Qarabağ" gəlir - 10100 azarkeş.
Sonrakı sıralamalar isə belədir:
"Kəpəz" - 6800 azarkeş
"Neftçi" - 5499 tamaşaçı
"Şamaxı" - 5100 tamaşaçı
"Sabah" - 4873 tamaşaçı
"Zirə" - 3900 tamaşaçı
"Səbail" - 2600 tamaşaçı
"Araz Naxçıvan" - 1450 tamaşaçı