“Arsenal” “Vest Hem”in yarımmüdafiəçisi Deklan Raysı transfer edib.

Rekord.az xəbər verir ki, bu barədə “Vest Hem”in rəsmi saytı məlumat yayıb.

İngiltərə milli komandasının üzvü rekord məbləğə satılıb. Britaniya mətbuatı keçidin təxminən 105 milyon funt-sterlinqə baş tutduğunu yazıb.

2017-ci ildə “Vest Hem”in əsas komandasına cəlb olunan Rays başa çatan mövsümdə UEFA Konfrans Liqasının qalibi olub.