Rekordçu, aktyor və qapıçı Rio! YAZI + FOTOLAR
- 13 May 2020 11:00
- 821
Rio Ferdinandı əfsanələr sırasında aid etsək heç kim etiraz etməz. Çünki çətin yaxın 10 ildə İngiltərə futboluna bu cür müdafiəçi gəlsin. Son zamanlar bu ölkədə iki mərkəz müdafiəçisi yetişmişdi ki, onlardan biri Con Terri idisə digəri də heç şübhəsiz Ferdinand idi. Rionun Terridən ən üstün cəhəti isə onun xarakteri idi. Terri yaxşı futbolçu olsa da xarakteri haqda heç də xoş sözlər demək olmaz. Hər halda Rio heç vaxt komanda yoldaşının xanımı ilə yatmayıb və heç belə fikrə də düşməyib.
İngiltərənin futbol ictimaiyyəti Rio Ferdinandın adını ilk dəfə 1995-ci ildə eşitdi. Həmin vaxt iştirak ərizsini təqdim edən “Vest Hem”in heyətində 17 yaşlı Rio da var idi. Aradakı qısa “Bornmut” macərasını saymasaq, qəhrəmanımız 5 il “Vest Hem”in formasını geyindi və bu klubun heyətində meydançaya çıxdığı 127 matçda 2 qola da imza atmağı bacardı.
2000-ci ildə isə o, 18 milyon funt-sterlinqə daha sanballı “Lids”ə transfer olundu. Bu, “Lids”in o vaxtları idi ki, Avropada at oynadırdı. Ferdinand isə dünyanın ən bahalı müdafiəçisi adına sahib çıxdı. Yəqin ki, futbol azarkeşləri 2000-ci illərin əvvəllərində heyətinin 90 faizi gənclərdən qurulmuş lidslilərin Çempionlar Liqasında göstərdiyi möhtəşəm oyunları gözəl xatırlayır. Həmin heyətin əvəzolunmaz futbolçularından biri də 22 yaşlı Rio idi. Ferdinand “Lids”də çox qalmadı. Çünki mərkəz müdafiəçisi üçün bütün göstəricilərə malik (boy 189 sm, çəki 82 kq) futbolçunu heyətinə qatmaq istəyən çox idi. Lakin daha cəld və daha ağıllı tərpənən “Mançester Yunayted” Rionu heyətinə qatmağa nail oldu. Əlbəttə, dahi Aleks Ferqyusson kimi aldığını çox gözəl bilirdi. O, hətta buna görə, 50 milyon funt-sterlinqdən də keçməyin tərəfdarı idi. Beləliklə, Rio yenə dünyanın ən bahalı müdafiəçisi oldu. Ferdinand Mançester klubunda nə az, nə çox, düz 12 il keçirdi. Bu müddətdə 312 matçda meydançaya çıxdı, 7 qola imza atdı.
2008-ci ildə Ferdinandın “Mançester Yunayted”lə 5 illik müqaviləsi başa çatdı. Bu zaman “Barselona” israrla onu heyətinə qatmaq istəyirdi. Lakin Rio Mançesterdə qalmağa qərar verdi və yeni 5 illik müqavilə bağladı. Yeni müqaviləyə görə, o, həftədə 130 min funt-sterlinq qazanacaqdı. “Mançester Yunayted”də oynadığı dönəmdə qəhrəmanımız 6 dəfə Premyer Liqanın qalibi oldu. 2008-ci ildə Çempionlar Liqasının qalibi olmasını da onun böyük naliyyətləri sırasına yazmaq lazımdır. Şəxsi naliyyətlərinə gəlincə, 1998-ci ildə “Vest Hem”in heyətində İngiltərədə ilin futbolçusu seçildi. 2001-ci ilin oktyabrında isə ayın futbolçusu adını ona vermişdilər. 6 dəfə isə İngiltərə Futbol Federasiyası “Mançester Yunayted”i ilin komandası seçib ki, bu komandada Rio da yer almışdı.
2008-ci ildə Çempionlar Liqasının Moskvada keçirilən finalında isə komandanı kapitan kimi meydançaya Ferdinand çıxarmışdı. Çünki əsas kapitan qarri Nevil zədə səbəbindən demək olar, mövsümü boşa vermişdi. İkinci kapitan Rayan Giqs isə ehtiyatda qalmışdı. Bunumla belə, UEFA prezidenti Mişel Platininin əlindən kuboku alan zaman Rio onu 87-ci dəqiqədə meydançaya çıxan Giqslə birlikdə başı üzərinə qaldırmışdı.
Milli karyerası
Rionun İngiltərə millisindəki debütü 1997-ci ilin 15 noyabrında Kamerun millisinə qarşı olub. Ümumilikdə Rio İngiltərə millisində 81 matçda meydançaya çıxdı və 3 qola imza atdı. Klubda olduğu kimi, millidə də daim əvəzolunmaz oldu. O, 3 dünya çempionatında iştirak etsə də Avropa çempionatında oynamaq ona qismət olmayıb. 2004-cü ildə məlum diskvalivikasiya buna imkan vermədi. 2008-ci ildə isə İngiltərə seçmə mərhələdə uğursuzlu fonunda final mərhələyə vəsiqə qazana bilmədi.
Uğursuzluq
Amma Rionun karyerasında heç də hər şey hər zaman düz xətt kimi getməyib. 2003-cü il onun üçün ən ağır il oldu. Belə ki, məhz həmin il qəhrəmanımız dopinq-testdə ilişdi. İngiltərə Futbol Federasiyasının nizam-intizam komitəsi qanında qadağan olunmuş preparat aşkarladığı üçün Ferdinanda ağır cəza verdi. O 2003/04 mövsümünün bütün, 2004/05-ci il mövsümünün isə bir sıra oyunlarında meydançaya çıxmaq hüququndan məhrum edildi. Bir sözlə, Ferdinand 1 il futboldan uzaq qaldı. Cəza tək bununla bitmədi. İFF həm də ona 50 min funt-sterliqn də pul cəzası kəsdi. Çoxları düşünürdü ki, bundfan sonra “Mançester Yunayted”də ondan imtina edəcək. Hər halda, heç bir klub 50 milyon funt-sterliqn pul verib gətirdiyi oyunçunun 1 il dincəlməsini qəbul edə bilməzdi. Lakin Ferqyusson ən ağır vaxtlarında futbolçuya dəstək
oldu və hadisələrin sonrakı axarı da göstərdi ki, dahi şotland çox düzgün addım atıb. O, həm də sübut etdi ki, futbolçuya tək yaxşı vaxtlarında yox, ağır vaxtlarında da dəstək olan azsaylı məşqçilərdəndir.
Uğursuzluqdan danışanda 2010-cu il CAR-da keçirilən mundialı da mütləq qeyd etmək lazım idi. Hansı ki, həmin il fervralın 5-də millinin baş məşqçisi Fabio Kapello ona kapitanlıq sarğısını verdi. Lakin mundialın startı öncəsi dizindən ağır zədə alan ferdinand mundialda iştirak edə bilmədi.
Ailə
Ferdinandın karyerası deməkm olar, Mançesterlə bağlı olsa da o, əslində əsl londonludur. 1978-ci ilin 7 noyabrında məhz bu şəhərdə Jenis Lavenderin ailəsində doğulub. Atası ingilis osla da anası irland olub. Ferdinand böyük ailənin uşağı olub. Ailə imkanlı olmayıb. Ata- və ana uşaqlarını saxlamaq üçün bütün günü işləyirdilər. Atası portda işlədiyi halda anası uşaq baxıcısı idi. Rionun 14 yaşı olanda atası ilə anası ayrılıb. Uşaqlar anaları ilə qalsa da atası da onlara tez-tez baş çəkirdi. Elə Rionu da ilk dəfə futbol məktəbinə məhz atası aparıb. O futbolla məşğul olmağa ”Kamelot” adlı komandada başlayb. Bu, məktəb komandası idi. Bu arada, Rionun idmanda iki kumiri olub: Maradona və Mayk Tayson.
Onun uşaqlığı Londonun kriminal rayonlarından olan Pekemedə keçib. Hansı ki, burda yaşayan insanların yarısı çirkli işlərlə məşğul olurdu. BU rayonda xoşagəlməz hadisələr tez-tez baş verirdi. Məsələn, nigeriyalı məktəbli Damilol Teylortun ölüm faktını nqeyd etmək kifayət edər. Rionun valideynləru daim çalışıblar ki, o, pis vərdişlərdən uzaq olsun. Ferdinand orta məktəbdə ən çox riyaziyyatı sevib. Eyni zamanda onun yaxşı aktyorluq qabliyyəti də olub. Yəqin ki, çoxları Ferdinandın orta məktəbdə oxuduğu zamanlar “Baqsi Meloun” adlı teatr qrupununü zvü olmasını bilmir. Təbii ki, onun ən bpyük həvəsi futbola idi və bu mənada yekunda futbolu seçməsi heç kimdə təəccüb doğurmadı.
Qapıçı
Rionun həm də qapıçılıq bacarığının olamsını da yəqin ki, çoxlarınız bilmirsiniz. Amma 2008-ci ilin 8 martını xatırlayanlar üçün bu, təəccüblü olmayacaq. Belə ki, həmin vaxt İngiltərə kubokunun “Portsmud”a qarşı keçirilən ¼ final matçında qapıçı van der Saar zədələnərək oyunun tərk edir. Onu əvəzləyən Tomaş Kuşak isə 76-cı dəqiqədə rəqibin hücumçusu Milan Baroşla mübarizədə qaydanı pozaraq qırmızı vərəqə alır və meydançadan qovulur. Əvəzləmə limiti dolduğundan qapıya Ferdinand keçir. Düzdür, o, penaltini qaytara bilmir. Amma zərbənin istiqamətini tapır. Amma geridə qalan 12 əqiqədə qapısının toxnulmazlığını qoruya bilir. “Mançester Yunayted” isə məğlubiyyətdənq aça bilmir – 0:1.
Hazırladı Anar XANLAROV