![photo](https://www.rekord.az/storage/uploads/5/remzi-780x470.jpg)
Remzi klubunu dəyişdi
- 23 Avq 2023 15:00
- 332
“Aston Villa”nın yarımmüdafiəçisi Aaron Remzi “Bernli”yə keçib.
Rekord.az Bernli təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu ilə 2028-ci ilə qədər olan müqavilə imzalanıb.
“Aston Villa” yetirməsi olan Remzi 2022/23 mövsümünü icarə əsasında “Norviç” və “Midlsbro” klublarında keçirib.
“Bernli” klubu 2023/24 mövsümündən etibarən İngiltərə Premyer Liqasında mübarizə aparır.