![photo](https://www.rekord.az/storage/uploads/5/185390-ic19y9bx7d.jpg)
Remzi “Nitsa”nı sabiq klubuna dəyişdi
- 16 İyl 2023 22:50
- 306
Uelsli yarımmüdafiəçi Aaron Remzi “Nitsa”dan ayrılıb.
Rekord.az xəbər verir ki, 32 yaşlı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Remzi 2022-ci ilin yayında Liqa 1 klubuna transfer olunmuşdu. O, ötən mövsüm bu komandanın heyətində 34 oyuna çıxıb, 1 qol vurub və 3 qolun ötürməsini verib.
“Nitsa”dan ayrılan Remzi sabiq klubu "Kardiff Siti"yə keçib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Uels millisinin üzvü “Kardiff Siti”nin yetirməsidir. O, 2007-ci ildə bu klubda debüt edib və “Kardiff Siti” tarixində ən gənc oyunçu (16 yaş 123 gündə) olub.
Remzi karyerası ərzində “Nottingem Forest”, “Arsenal”, “Yuventus” və “Reyncers”də də çıxış edib.