İngiltərənin “Vulverhempton” klubunun şərəfini qoruyan Azərbaycan miillisinin üzvü Renat Dadaşov karyerasını Çempionşipdə davam etdirə bilər.

Rekrord.az “Coventrytelegraph.net”ə istinadən xəbər verir ki, “Koventri” Dadaşovu transfer etmək niyyətindədir. 

“Monako”dan Conatan Panzonu heyətinə qatmaq istəyən klubun “Çelsi”dən İke Uqbo və Dadaşovu da transfer etmək istədiyi bildirilir. “Koventri”nin sözügedən futbolçularla danışıqları davam etdirdiyi deyilir.

2019-cu ildən “Vulverhempton”da çıxış edən 21 yaşlı Renat, əsas komandada debüt etməyib.