“Vulverhempton” hücumçusu Renat Dadaşovu yayda icarəyə verəcək.

Rekord.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Raul Ximenes, Dioqu Jota, Pedru Netu kimi futbolçularla rəqabət aparmaq səviyyəsinə çatmaq üçün belə qərar qəbul edib.

“Vulverhempton”un U-23 komandasında da möhkəmlənə bilməyən Dadaşovun gələcək taleyi naməlumdur. Avropanın hansısa normal, ortabab klubunun ona maraq göstərəcəyi inandırıcı deyil. Etibarlı mənbədən saytımıza daxil olan məlumata görə, Renata "Neftçi"də oynamaq təklif olunub. Təklifin AFFA tərəfindən olunduğu deyilir. Hətta Renata Emin Mahmudov nümunəsi də misal çəkilib. Lakin deyilənə görə, Dadaşov hələlik bu təklifə isti yanaşmır.