Renat Dadaşovun klubundan 2 yeni transfer
- 10 Fev 2024 15:30
- 295
“Hatayspor” heyətini iki yeni hücumçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”dan Halil Dervişoğlunu icarəyə götürüb, “Olimpiya”dan (Sloveniya) Rui Pedronu transfer edib.
Dervişoğlu ilə 6 aylıq, Pedro ilə isə 2,5 illik müqavilə imzalanıb.
“Hatayspor”da Azərbaycan millisinin üzvü Renat Dadaşov da oynayır.