Futbol üzrə Portuqaliya kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu “Pasuş de Ferreyra” klubu da növbəti oyununa çıxıb.

Onun komandası evdə “Espinyo” ilə qarşılaşıb. Rəqibi üzərində 3:0 hesablı qələbə qazanan "Pasuş de Ferreyra" adını növbəti mərhələyə yazdırıb.

Görüşə ehtiyat oyunçular skamyasında başlayan Dadaşov 84-cü dəqiqədə meydana daxil olub.