Renat oynadı, “Vulverhempton” 1 xalla kifayətləndi
- 22 Fev 2020 13:42
- 750
Futbol üzrə İngiltərə Premyer Liqa Kubokunda növbəti oyunlar keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhempton”un U-23 komandası da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə “Lids”in U-23 kollektivi ilə üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1.
Dadaşov da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
H qrupunda yer alan və keçirdiyi 5 oyuna 9 xal toplayan “Vulverhempton” “Derbi Kaunti” ilə birgə 1-2-ci pillələri bölüşür.