Türkiyə Super Liqasında 15-ci turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.

Azərbaycanlı hücumçu Renat Dadaşovun komandası “Hatayspor” səfərdə “Başakşəhər”lə qarşılaşıb və 0:1 hesabıyla uduzub.

Millimizin üzvü bu matça start heyətdə başlayıb və sona qədər meydanda qalıb. Oyunun sonuna artırılan 9-cu dəqiqədə penalti qazanan “Hatayspor”da topun başına Dadaşov keçib, lakin penaltini dəqiq yerinə yetirə bilməyib.