Azərbaycan millisinin üzvü Renat Dadaşovun da formasını geyindiyi "Hatayspor"un yeni idman direktoru müəyyənləşib.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bu vəzifəni "Qəbələ"nin sabiq baş məşqçisi Fatih Kavlak icra edəcək.

Qeyd edək ki, "Hatayspor" hazırda Super Liqada 33 xalla 18-ci pillədə qərarlaşıb.

Əlavə edək ki, F.Kavlak son olaraq "Adanaspor"da baş məşqçi kimi işləyib. O, Azərbaycanda “Qarabağ”da da köməkçi-məşqçi kimi çalışıb.