Renatın komandası növbəti mərhələdə
- 06 Dek 2023 23:53
- 240
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" Türkiyə kubokunda növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda kubokun 4-cü mərhələsi çərçivəsində Türkiyə 2-ci liqa təmsilçisi "Düzcespor"u qəbul edib və 2:1 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.
Dadaşov oyuna ehtiyat oyunçular skamyasında başlayıb və 59-cu dəqiqədə meydana çıxıb.