Milli komandamızın forvardı Renat Dadaşov "Qrasshopper"in heyətində növbəti qolunu vurub.
 

Rekord.az xəbər verir ki, Dadaşov "Lütsern"ə qarşı oynanılan İsveçrə Super Liqasının birinci turundan təxirə salınmış matçında fərqlənib.

O, 38-ci dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib.

"Lütsern" - "Qrasshoppers" 1:1
Qollar
: Burx 32 - Renat Dadaşov 38