Renatlı “Hatayspor” “Fənərbaxça” ilə bacarmadı
- 22 Okt 2023 22:38
- 221
Türkiyə Super Liqasında 9-cu turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün daha 4 görüş baş tutub.
Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun heyətində yer aldığı “Hatayspor” da səfərdə “Fənərbaxça”ya uduzub. Renat bu görüşdə 90 dəqiqə meydanda olub.
Türkiyə Super Liqası
9-cu tur
22 oktyabr
Fənərbaxça – Hatayspor 4:2
Qollar: Şimanski, 7. Osayi-Samuel, 15. Dzeko, 39. İ.C.Kahveci, 63 – Gulam, 55. Aabib, 90+4.