Son mövsümü icarə əsasında "Araz Naxçıvan"da keçirən Abdulla Rzayevin yenidən müqavilə ilə məxsus olduğu "Sabah"ın düşərgəsinə.qayıdaraq bu komanda ilə yay toplanışına yollanacağı, yaıniz bundan sonra burada qalıb-qalmayacağının bilinəcəyi gözlənilirdi. 

Lakin Rekord.az-a daxil olan son məlumata görə, Rzayev,ümumiyyətlə, "Sabah"la toplanışa qatılmayacaq.

Masazır təmsilçisinin baş məşqçisi Renduliç gələcək planlarında Abdullaya ehtiyac görmür və eyni mövqeydə olan Amin Seydiyevlə, Tellur Mütəllimova daha çox üstünlük verəcək.