Rəqib futbolçuya kəllə atan baş məşqçi qovuldu
- 11 Mar 2024 20:20
- 185
İtaliyanın "Leççe" klubu baş məşqçisi Roberto D'Aversa ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Mütəxəssisin "Verona" ilə matçdan sonra baş verən hadisələrə görə vəzifəsindən azad edildiyi vurğulanıb. D'Aversa martın 10-da "Verona"ya 0:1 hesabı ilə uduzduqları qarşılaşmadan sonra rəqib futbolçu Toma Anrini kəllə ilə vurub.
İtalyan mütəxəssis 2023-cü ilin yayından “Leççe”yə rəhbərlik edirdi.