
“Rəqibə qarşılıq verə bilmədik”
- 15 Mar 2025 21:40
- 28
"Abşeron" Azərbaycan Basketbol Liqasının 18-ci turunda məğlubiyyətlə başa vurub.
Rekord.az xəbər verir ki, komandanın baş məşqçisi Erhan Toker "Sabah"a məğlubiyyətə münasibət bildirib.
Türkiyəli mütəxəssis son çempionunun sərt oyununa cavab verə bilmədiklərini etiraf edib: "Sabah" klubunu təbrik edirəm. Ötən tur biz onları məğlub etmişdik. Buna görə bu dəfə bizə qarşı çox sərt və aqressiv oynadılar. Qarşılıq verə bilmədik. Ona görə də məğlub olduq".
Qeyd edək ki, “Abşeron” “Sabah”a 64:99 hesabı ilə uduzub.