Rəqibinin ayağını qıran futbolçu bağışlandı
- 06 Noy 2019 11:41
- 627
“Tottenhem”in futbolçusu Son Hın Minə İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Everton”la qarşılaşmada göstərilən qırmızı vərəqə ləğv olunub.
Rekord.az xəbər verir ki, cənubi koreyalı yarımmüdafiəçi həmin qarşılaşmada rəqib futbolçu Andre Qomeşlə mübarizə zamanı kobud oynamış və sarı vərəqə almışdı. Lakin epizod zamanı Qomeşin ayağının qırıldığını görən baş hakim qərarını dəyişmiş və Sonu meydandan qovmuşdu.
“Tottenhem” rəhbərliyi isə futbolçuya göstərilən qırmızı vərəqənin çox sərt qərar olduğunu bildirərək, İngiltərə Futbol Federasiyasına etiraz məktubu ünvanlamışdı. Artıq federasiya bu məsələ ilə bağlı yekun qərarını açıqlayıb. Qurumdan verilən məlumata görə, cənubi koreyalıya göstərilən qırmızı vərəqə ləğv olunub.
Bu isə o deməkdi ki, Son Hın Min növbəti turda “Şeffild Yunayted”lə ev oyununda komandasına kömək edə biləcək.
Xatırladaq ki, “Everton” - “Tottenhem” oyunu 1:1 hesabıyla başa çatıb.