“Sabah"ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin "Sent Patriks Atletik”lə (İrlandiya) cavab matçından sonra mətbuat konfransında iştirak edib.

Rekord.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 0:1 hesablı nəğlubiyyəti belə şərh edib:

“Özünüz hər şeyi gördünüz. Rəqiblə müqayisədə daha yaxşı çıxış etdik. Lakin yenə qırmızı vərəqə oyun planlarımızı korladı. Avropa turnirlərində bir nəfər azlıqda oynamaq çox çətindir. Futbolçularım əllərindən gələni etdilər. Lakin təəssüf ki, alınmadı".

İrlandiyada keçirilən ilk matçda 0:1 hesabı ilə uduzan “bayquşlar” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.