Rəşad Eyyubov Ukraynaya gedir?
- 01 Fev 2021 15:00
- 925
Qış fasiləsindən öncə “Zirə”dən ayrılan Rəşad Eyubovdan xəbər var.
Rekord.az xəbər verir ki, millinin sabiq üzvü karyerasını Avropada, daha dəqiqi, Ukraynada davam etdirmək istəyir.
Redaksiyamıza daxil olan məlumata görə, yarımmüdafiəçi bu məqsədlə “qartallar”ın rəhbərliyindən ingilis dilində azad agent olması ilə bağlı vərəqə verilməsini xahiş edib. “Zirə” rəsmiləri onun istəyini geri çevirməyiblər. Paytaxt təmsilçisi yarımmüdafiəçi üçün ingilis dilində azad agent olması ilə bağlı vərəqəni hazırlayıb, ona təhvil verib. Görünən odu ki, Eyubov tezliklə başqa ölkədə futbolçu karyerasını davam etdirəcək. ("Futbol plus")