Anar Nəzirovla yollarını ayıran "Qəbələ" onun yerinə Rəşad Əzizlini heyətinə qatmaq istəsə də, bu, baş verməyib.

Rekord.az xəbər verir ki, səbəb "Qəbələ"nin maddi durumudur.

Çünki sıxıntı olduğundan klub istədiyi futbolçulara yaxşı maaş təklif edə bilmir. Əldə etdiyimiz məlumata görə, Rəşada da az maaş təklif olunduğundan keçid baş tutmayıb.