“Zirə”yə baş məşqçi təyin edilən Rəşad Sadıqovun ilk transferlərindən biri Hacıağa Hacılı oldu.

Rekord.az xəbər verir ki, Sadıqov gənc futbolçunu “Qarabağ”dan1 illik icarəyə  götürdü.

Əldə etdiyimiz məlumata görə, Sadıqov gənc futbolçunu daha uzun müddətli sərəncamında görmək istəyir. Məhz bu səbəbdən qışda onun “Qarabağ”dan birbaşa transferi ilə bağlı danışıqlara başlanılacağı gözlənilir.

Qeyd edək ki, Hacıağa “Qarabağ”da elə də çox oynamaq şansı qazanmırdı.