Xəbər verdiyimiz kimi, “Zirə”nin futbolçusu Ağabala Ramazanovun ölkə xaricinə yollanmaq şansı yaranıb. Onun xidmətində Çexiyanın “Banik” klubunun maraqlı olduğu deyilir.

Lakin Rekord.az xəbər verir ki, Zirə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqov bu məsələyə isti baxmır.

Sadıqov Ağabalanın növbəti mövsümdə də “Zirə”də forma geyinməsini istəyir.