Uzun müddətdir qapıçı axtarışında olan «Zirə» artıq bu problemi çözüb.

Rekord.az xəbər verir ki, Rəşad Sadıqov axtardığı «əlcək sahibi»ini Braziliyada tapıb.

Belə ki, Mateus Obriqado qəsəbə təmsilçisi ilə anlaşıb. Cənubi amerikalı «qartallar»la 1+1 illik müqavilə şərtlərini razılaşdırıb. 25 yaşlı kiper son olaraq ölkəsində 3-cü liqa komandası «Londrinaes»in şərəfini qoruyub. (sportinfo.az)