“Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra mətbuat konfransı keçirilib. 

Rekord.az xəbər verir ki, Sadıqov, 3:3 hesabıyla bitən matçı belə şərh edib:

- Oyunu bir neçə hissəyə bölmək olar. Gözlənilməz qol buraxdıqdan sonra futbolçular ruhdan düşmədi, böyük əzmkarlıq göstərdilər. Hücuma atıldılar, qol da vurduq. 15-20 dəqiqə oyuna nəzarət etsək də, sonra passivləşdik. Rəqibin heyətində səviyyəli oyunçular var. 20-ci dəqiqədən sonda müdafiəmizdə diqqətsizlik yarandı, 2 qol buraxdıq. İkinci hissə başlayan kimi qol epizodomuz oldu. Daha sonra rəqib azlıqda qaldı, say üstünlüyümüz oldu. Rəqib azlıqda qalanda o demək deyil ki, 100 faiz qol vuracaqsan. Rəqib qapanmışdı. İlk hissəni nəzərə alsaq, belə səfərdən 1 xal qayıtmaq pis deyil.

- İkinci hissənin əvvəlində Sərtan Taşkının əvəzlənməsi nəylə bağlı idi?
- Taktiki gediş idi. Ortada aqressivliyi artırmaq istəyirdim. Sərtanın əvəzlənməsi səhvinə görə deyildi.

- Canni De Byazinin sizin tənqiddən dərs çıxardığını düşünürsüzmü? Yığmanın heyəti açıqlanmayıb və turun bitməsini gözləyirlər.
- Xeyr, tənqid etməmişdim, sadəcə, kiçik qeyd etmişdim. (komanda.az)