Fevralın 8-də ölkə kubokunun 1/4 mərhələsinin cavab matçı çərçivəsində "Səbail"i qəbul edəcək "Zirə"də itkilər var.

Rekord.az xəbər verir ki, bu dəfəki itkilər futbolçular yox, məşqçilərlə bağlıdır.

Belə ki, Rəşad Sadıqovun köməkçiləri olan Eltun Yaqublu və Vüqar Məmməd cəza səbəbindən oyunu tribunadan izləməli olacaq.