“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.

Rekord.az xəbər verir ki, o, 1:1 hesablı bərabərliyə razılaşdıqları oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

"Hər iki komandanın futbolçularını təbrik edirəm. Beş ay uzun fasilədir. Bu qədər futbolsuz qaldıq. Komandalar meydanın hər qarışı uğrunda mübarizə apardı. İlk tur üçün dinamik və baxımlı oyun oldu".