"Qarabağ"ın kapitanı Rəşad Sadıqov "Dudelanj"la 1:1 başa çatan görüşdən sonra jurnalistlərin suallarını cavablanırıb. Rekord.az həmin müsahibəni sizə təqdim edir:

 

Rəqibin bizim cərimə meydançasında pressinq tətbiq etməsi həqiqətən gözlənilməz oldu. Halbuki biz təcrübəli komandayıq və belə şeylərə hazır olmalıydıq. Təəssüf ki biz bunu bacarmadıq. Bir sözlə ilk hissədə rəqib bizə oynamaq imkanı vermədi. Fasilədə isə baş məşqçimiz bizə çox sərt şəkildə etirazını bildirdi. Dedi ki ikinci hissədə daha sürətli oynamalıyıq. İkinci hissədə isə azlıqda qaldıq və qol buraxıq. Bunnla belə sona kimi əzmkarlıqla mübarizə apardıq. Şükürlər olsun ki sonda qol vurduq və oyunu məğlubiyyətsiz başa vurduq.

 

- Oyununuzun alınmamasında motivasiyanın yoxluğunun təsiri oldu? Çünki oyunun nəticəsi heç nəyi həll eləmirdi...

- Səbəblər çoxdur. Nəzərə alaq ki "Qarabağ"ın futbolçularının əksəriyyəti həm də milli komandanın şərəfini qoruyur və mövsümərzində 33-34 oyun keçirirlər həqiqətən çox yorğunluq olur. Motivasiya baxımınan da böyük zərbələr almışdıq. Çünki bu il qrupdan çıxacağımıza çox ümidli idik. İsinmə hərəkətlərindən qayıdanda Qurban müəllim də sərt şəkildə tənqid edərək dedi ki xoşuma gəlmədiniz. Səbəbini əslində hamı bilir. 0:1-dən sonra sanki ayıldıq.

- Səncə qrupda tutduğunuz yer gücünüzə uyğundur yoxsa bəxtiniz gətirmədi?

- Qrup bəlli olanda mənə görə güclər bərabər idi. Lakin APOEL-lə oyunlarımız göstərdi ki biz daha güclüyük. Sanki onların özünün də içində güclərinə şübhə var. O üzdən tez-tez "biz layiqik" deyirlər. Təəsüg ki bu komana ilə oyunlara çoxsaylı qol epizodlarını boşa verdik. Xüsusilə səfər matçında bir qədər dəqiq olsaydıq bugün bu haqda danışmazdıq. Bir də biz qrup mərhələsini bu qədər kiçiltməməliyik. Vaxt var idi deyirdik heç olmasa bir mərhələ keçək. Bəli bu il yaxşı şansımız var idi amma təəssüf ki alınmadı.

- APOEL-in "Sevilya"ya qalib gəlməsi sənin üçün gözlənilməz olmadı?

- Düzü hesabı bilmirəm. Amma deyim ki APOEL heç də zəif komanda deyil. 

- 3 ay bundan qabaq belə bir açıqlama vermişdin ki güclər bərabəridir və biz bu qrupdan çıxmalıyıq...

- Çıxmalıyıq? Mən həyatı boyu belə açıqlama vermərəm. "Çıxmağa çalışacağıq" deyə bilərəm amma "çıxmalıyıq" yox. Futbolda hər şey mümkünür. "Dudelanj" səfərdə APOEL-i 4:3 məğlub etmişdi. Biz APOEL-lə səfər oyununda hesab 1:0 xeyrimizə olana 50-57-ci dəqiqələr arasında 3 real qol epizodu yaratdıq vura bilmədim amma onlar 58-ci dəqiqədə künc zərbəsindən fərqlənidi. Futbol elədir ki bir epizod hər şeyi həll eliyir. Amma yenə deyirəm qrupa düşməyi bu qədər adiləşdirmək olmaz. İstəmərəm ki gələcək illərdə qrupa düşmək yenə bizim üçün xəyal olsun. Arzu edirəm ki hər klubumuz qrupa düşməyin sevincini yaşasın. Nəticə istəyənləri də başa düşürəm "Qarabağ"ı lap mənim özümü tənqid edənləri də. Amma yenə də fikrimdə qalıram ki qrupa düşməyin özü də bizim üçün uğur sayılmalıdır.

- Bəlkə növbəti il daha uğurlu çıxış etmək üçün heyətdə dəyişikliklər olmalıdır?

- Hazırkı heyətimizi zəif hesab etmirəm. Çünki bu heyət qrupa düşməyi bacardı. Amma ümumilikdə dəyişiklik hər zaman lazımır. Qvardiola kimi məşqçi belə 5 il işlədikdən sonra dedi ki "Barselona"dan gedirəm. Bu cür dəyişikliklər çox vaxt komandanın xeyrinə olur.

- Sabah AFFA İcraiyyə Komitəsinin mühüm iclası keçiriləcək. Mİllinin sabiq kapitanı kimi sənin bu toplantı ilə bağlı fikirlərini də bilmək çox maraqlıdır. Millini yerli məşqçi çalışdırmalıdır yoxsa əcnəbi?

- Mən hər zaman yerli məşqçinin tərəfarı ollmuşam. Təcrübə söhbətini edənləri də başa düşmürəm. Burada əsas olan futbolçularla dil tapmaqdır. Bir daha deyirəm ilk növbədə yerli tərəfarıyam. Əgər əcnəbi olacaqsa Prosineçkinin olmasını çox istərdim. Çünki o Azərbaycan mentalitetini tez qavradı.

- İTV-də yayımlanan 3 İD" verilişində qonaq olan AFFA-nın baş katibi sənin U-21-dən göndərilməyinlə bağlı sualı da cavablandırıb və deyib ki sən o vaxt həm futbol oynayırdın həm də məşqçilik edirdin...

- O düzgün cavab deyil. Mənim təyinatımdan qabaq 5 dəfə görüş olub və mən də 5 dəfə demişəm ki futbol oynamaq istəyirəm. Lakin mənə dedilər ki sən "Qarabağ"da oynaya-oynaya həm də U-19 komandasının baş məşqçisi olmusan və yaxşı nəticən təcrübən var. Hətta göndərilməyimdən bir qabaq Elxan müəllimlə telefon söhbətimizə də dedim ki əgər problem mənim futbol oynamağımla bağlıdırsa karyeramı bitirə bilərəm. Yəni bu söhbət olub. Amma ondan cavab gəlmədi. Ona görə məsələni başqa yerə yönəltmək lazım deyil.