Yeni mövsümdən premyer-liqada çıxış edəcək “Kəpəz”in baş məşqçisinin adı rəsmən açıqlandı.

Rekord.az xəbər verir ki, “sarı-göylər”in “sükanı” Yaşar Vabahzadəyə tapşırılıb.

Onun köməkçilərinin adı açıqlanmasa da, bilinən odu ki, baş məşqçi 3 il birgə çalışdığı məşqçilər korpusu ilə yola davam edəcək. Ancaq korpusa daha bir mütəxəssisin cəlb olunacağı gözlənilir ki, bu barədə “Football-plus.az” saytına məlumat daxil olub. Etibarlı mənbədən əldə etdiyimiz bilgiyə görə, Rəşad Sadiqov yeni mövsümdən Vahabzadənin yardımçılarından biri olacaq.
Məsələni dəqiqləşdirmək üçün “Kəpəz”in mətbuat katibi Azad Mustafayevlə əlaqə saxladıq. Klub rəsmisi ortada hələ rəsmi heç nəyin olmadığını bildirməklə kifayətləndi.