Sezar Meza Kollinin Azərbaycana qayıtmaq variantının real olması haqda məlumat vermişdik.

Rekord.az xəbər verir ki, AFFA-nın milliləşdirmək istədiyi futbolçunun xidmətində bəzi Premyer Liqa klubları da maraqlıdır.

Onlardan biri də “Zirə”dir. Belə ki, sözügedən komandanın baş məşqçisi Rəşad Sadıqov paraqvaylı futbolçunu komandasında görmək istəyir. Lakin bir məsələ var ki, paraqvaylı yenidən "Keşlə"yə qayıdıb və mövsümün sonuna kimi bu klubla müqavilə imzalayıb. Bu isə o deməkdir ki, "Zirə" onunla danışıqlara başlamaq üçün ən azı yanvarı gözləməlidir.