Rəşad Sadıqov oyuna Türkiyə millisinin forması ilə getdi FOTO
- 20 İyn 2021 23:19
- 744
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avro-2020-nin A qrupunun 3-cü turunda bu gün Bakı Olimpiya Stadionunda keçirilən İsveçrə - Türkiyə (3:1) oyununu arenadan canlı izləyib.
Rekord.az xəbər verir ki, 39 yaşlı mütəxəssis stadiona Türkiyə millisinin 14 nömrəli forması və qardaş ölkənin bayrağı ilə gedib. O, stadiondan olan şəklini öz İnstaqram səhifəsində paylaşıb.
Qeyd edək ki, R.Sadıqov futbolçu karyerasının boyük hissəsini keçirdiyi "Qarabağ" klubu və milli komandamızda da 14 nömrəli formanı geyinib.