Azərbaycan futbolunda məşqçi Rəşad Sadıqov dönəmi rəsmən başlayıb. "Rekord.az" xəbər verir ki. təcrübəli sabiq futbolçu "Zirə"nin baş məşqçisi təyin olunub.

Gənc mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə” PFK-nın fəxri prezidenti Orxan Məmmədovun klubun mətbuat xidmətinə bu barədə açıqlama da verib: “Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılıq əldə etdik. Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram ”