“Zirə”yə yeni baş məşqçi təyin olunan Rəşad Sadıqova böyük səlahiyyətlər verilib.

 

Rekord.az xəbər verir ki, o, sadəcə, əsas komandanın baş məşqçisi olmayacaq.

 

Rəşad eyni zamanda klubun futbol akademiyasına da nəzarət edəcək. Bundan başqa, büdcənin xərclənməsi də Sadıqovun nəzarətində olacaq. Bir sözlə, adı baş məşqçi olsa da fəxri prezident Orxan Məmmədov demək olar ki, bütün idarəçiliyi ona verib.