Son turlarda sanki "Zirə"yə qarşı açıq kampaniya aparılır. Komanda sıxılır, süni maneələrlə üz-üzə qoyulur, uğurlu çıxışının qarşısını kəsmək üçün vasitələr işə salınır. 3 turdu bunun müşahidə edib yazmaq qərarına gəldim. 

 

Ötən tur hakim "Zirə"nin qapıçısının topu əlində 6 saniyədən artıq saxlamasını əsas gətirərək, cərimə zərbəsi təyin etdi. Bəli, qaydalarda da bu var ki, qapıçı topu tutduqdan sonra 6 saniyə ərzində onu oyuna daxil etməlidir. Bu mənada hakim qaydalar çərçivəsində qərar verib. Amma gəlin görək, elə Azərbaycan çempionatında hansı qapıçı buna əməl edir. Elə oyunlar olub ki, şəxsən özüm saymışam, qapıçılar topu bəzən 7-8 saniyə əllərində saxlayıb oyuna daxil ediblər və heç bir cəzaya da məruz qalmayıblar. Əgər qanun onlara tətbiq edilməyib, "Zirə"nin qapıçısına tətbniq edilirsə, deməli burada başqa səbəblər var.

 

"Keşlə" ilə son tur matçında hakimin yol verdiyi ciddi səhvlər də düşünməyə əsas verir. Məsələn, hesab 2:1 "Keşlə"ninm xeyirinə olanda Çantakiasın anlaşılmaz şəkildə meydançadan qovulması birmənalı qarşılana bilməz. Açıq şəkildə hansısa kobudluq, rəqibə zərbə gözə dəymədi. Maraqlıdır ki, "Keşlə"nin futbolçusu rəqibdən aralandıqdan sonra anidən yerə yıxıldı və hakim dı "Zirə"nin futbolçusuna qırmızı vərəqə göstərdi. 

 

"Zirə"nin qapısına vurulan ilk qolda da kobud qayda pozuntusu var idi. Belə ki, onbirmetrlik cərimə zərbəsi zamanı topa Meza Kolli yaxınlaşır və onun zərbəsini qapıçı dəf edir. Təkrar zərbə ilə topu qapıdan keçirən Nicat Qurbanov isə penalti zamanı zərbədən öncə cərimə meydançasına daxil olan futbolçu idi. Məhz buna görə hakim qolu ləğv edib zərbənio təkrarlamalı idi. Lakin bu, baş vermədi. 

Görünən budur ki, gənc Rəşad Sadıqovun qısa zamanda gördüyü iş, yaratdığı əzmkar, iddialı komanda kimlərisə narahat edir. Ona görə də onu dayandırmaq, ruhdan salmaq üçün sanki hakimlərin əli ilə "çirkin" kampaniyaya start verilib. U-21-də Rəşadın yolunu kəsənlər bu gün şlaqbaumun istiqamətini "Zirə"yə tərəf çevirib...

 

Anar XANLAROV