"Zirə"nin mərhələ keçəcəyinə inanırdım. Hətta deyim ki, "Qarabağ"dan daha çox inanırdım. Çünki komanda hazırda əla formadadır. Ötən mövsümün sonlarına doğru yığılan forma hər ötən gün daha da optimallaşır. "Zirə" "Şerif"ə də uduzanda eyni fikirdə idim və həmin vaxtı da demişdim ki, rəqib qətiyyən bizdən üstün deyildi, sadəcə, bir futbolçunun məsuliyyətsizliyi komandanı Avropa Liqasından etmişdi.

Bu gün "Zirə" Konfrans Liqasında pley-off-a vəsiqə qazanıb. Şübhəsiz ki, burada Rəşad Sadıqovun əməyi danılmazdı. O Rəşad Sadıqov ki, 3-4 ay qabaq tənqid olunurdu, haqqında "Zirə"nin oynadığı futbol deyil", "Zirə" müdafiə futbolu oynayır", "Rəşaddan məşqçi çıxmaz" deyirdilər. O barədə vicdanım rahatdı, çünki "Zirə" ötən mövsüm 5 oyun ard-arda qələbəyə həsrət qalıb ilk "3-lüy"ü tərk edəndə də Rəşadla bağlı fikirim dəyişməmişdi: Şans verilməli, dəstək olunmalı, arxasında durulmalıdır. "Zirə" rəhbərliyi bu baxımdan "Qarabağ" rəhbərliyinin 10-12 il əvvəl etdiyini etdi və səbr göstərərək, yerli baş məşqçiyə şans verməkdə davam etdi. Budur, həmin Rəşad artıq tədricən "Zirə"də öz dəsti-xəttini qurur. Qrupa düşməsə belə, mənə görə Rəşad və "Zirə" uğurlu avrokubok mövsümü keçirmiş olacaqlar. Amma çox inanıram ki, bu komanda "Omoniya" səddini də aşıb qrupa düşəcək. Çünki "Omoniya"nın "Fehervar"la oyunlarına baxdım, "Osiyek"dən zəif olarlar ki, güclü olmazlar.

 

Anar XANLAROV