Britaniyalı tələbələr “Mançester Yunayted”in futbolçusu Markus Reşfordun sosial şəbəkədəki fəaliyyətini öyrənəcəklər.

Rekord.az xəbər verir ki, təhsil proqramına əlavə edilmiş yeni metoda görə, tələbələr Reşfordun sosial şəbəkələrdə vətəndaş fəallığını araşdırmalıdırlar.

Niyə məhz Reşford? Bir müddət əvvəl futbolçu sosial şəbəkə hesablarında aksıya keçirərək, xeyriyyə işləri üçün vəsait toplayırdı.

O, evsizliyə qarşı da aksiya keçirib, kitab klubu yaradıb və irqçiliyə qarşı yorulmadan mübarizə aparıb.