"Azərbaycantelefilm" Yaradıcılıq Birliyi hazırda böyük Azərbaycan hakimi Tofiq Bəhramov adını daşıyan Respublika stadionu ilə bağlı tarixi kadrlar yayımlayıb.

Rekord.az xəbər verir ki, 1951-ci ildə lentə alınan bu kadrlar arenanın açılışına həsr olunub. Həmin dövrdə 45 min tamaşaçı tutumu olan stadionun ətrafının boş ərazilərlə geniş olması diqqət çəkir.

Həmçinin videoda açılış günü "Neftçi" ilə "Spartak" arasındakı görüşdən də görüntülər yer alıb.