"Rəvan" və "Şüvəlan"ın sabiq futbolçusu Tailand klubu ilə müqavilə bağladı FOTO
- 18 Dek 2020 12:00
- 849
Azərbaycanlı futbolçu Məmməd Quliyev Tailandda klubunu dəyişib.
Rekord.az xəbər verir ki, "Kamfenqfet"lə müqaviləsi başa çatan yarımmüdafiəçi bundan sonra karyerasını digər III Liqa klubu "Kasem Bundit"də davam etdirəcək.
Məmməd bu ilin əvvəlindən Tailandda oynayır. O, Azərbaycanda "Rəvan", "Keşlə" və "Şüvəlan"ın formasını geyinib.