photo

Riad Rəfiyev Alekseyə mesaj yazdı: bizdən incimə

  • 2019-10-07 13:00
  • 278

“Sumqayıt”la Aleksey İsayev arasındakı çəkişmə gərginləşir.

 

Rekord.az xəbər verir ki, klubun prezienti Riad Rəfiyev futbolçu ilə dəfələrlə əlaqə yaratmağa cəhd etsə də, qarşı tərəf onun nə zənglərinə, nə də smslərinə cavab verib.

 

Cana doyan Rəfiyev son olaraq Alekseyə mesaj yazaraq ondan FİFA-ya şikayət edəcəklərini yazıb. Yəni gerisini futbolçu özü fikirləşsin...

 

İsayevin “Sumqayıt”la 1 illik müqaviləsi olsa da, futbolçu Azərbaycanda oynamaq istəmədiyini bildirərək Rusiyaya qayıdıb.

Son xəbərlər