«Sumqayıt» ölkəmizin Rusiyadakı səfirliyinə müraciət edib.

Rekord.az xəbər verir ki, «kimyaçılar» səfirlikdən kömək istəyib. Buna səbəbkar Aleksey İsayevdir.

Övladı dünyaya gəldiyi üçün 2 ay öncə Azərbaycanı tərk edən yarımmüdafiçi sərhədlərin bağlanması üzündən gperi qayıda bilmir.

«Gənclik şəhəri» təmsilçisi isə 3 gündür hazırlığı bərpa edib və İsayevin yoxluğu Premyer Liqanın qarşıdakı turlarında komandaya kifayət qədər problem yarada bilər.

Çünki o, Ayxan Abbasovun taktiki planlarında mühüm yer tutur və kilid isimdir. Bütün bunları nəzərə alan klubun prezidenti Riad Rəfiyev bütün əlaqələrini işə salıb.

«Sumqayıt»ın uğur qazanması üçün səfərbər olan Riad bəy artıq müəyyən işlər görüb. Səfirlik İsayevi qeydiyyata alıb və onun bir neçə gün sonra xüsusi təyyarə ilə Bakıya yola salaınması gözlənilir.

Təbii ki, tək yox, 100-dən artıq Azərbaycan vətəndaşı ilə birlikdə. (sportinfo.az)