«Sumqayıt»ın prezidenti Riad Rəfiyevin AFFA-ya «giriş-çıxış»ı məhdudlaşdırılıb.

 

Rekord.az xəbər verir ki, bu, onunla hazırda millinin meneceri vəzifəsini tutan İlqar Qurbanovun münasibətlərinin pozulmasının nəticəsidir.

 

Uzun illər yaratdığı menecerliek şirkət vasitəsilə federasiyanıın işlərini görən və «Sumqayıt»a gələndən sonra da bu istiqamətdə fəaliyyətini davam etdirən Rəfiyev artıq bəzi gəlir yerlərindən məhrum olub.

İstər milliyə baş məşqçi təyinatlarıında, istər milliləşdirilən, istər yerli futbolçuların transferlərində, istərsə də, Fritzs Stuxlik, Miloş Vilebit kimi əcnəbi mütəxəssislərin AFFA-da işlə təmin olunmasında iştirak etmiş və təbii ki, bundan öz faizini götürmüş Riad bəy üzləşdiyi son vəziyyətdən narahatlıq keçirməyə bilməz.

Bəs Qurbanovla arasının dəyməsi nə ilə əlaqədardır? Axı onlar uzun illər dost olub, hətta «Sumqayıt»ın prezident onu inişil öz klubuna gətirib. Hər şey elə bundan sonra başlayıb.

Ayda 3000 manat maaş alan İlqar ötən ilin yayında düşərgəni tərk etdi. Əsas heyətə düşə, rəqabətə davam gətirə bilməyən müdafiəçi Ayxan Abbasovun gözündən düşüncə, Rəfiyev dostuna akademiyada çalışmağı təklif edib.

Lakin o, «alt yapı»da məşqçi olmaqla razılaşmayıb. Hətta akademiyanın baş koordinatoru Hakan Sünalın köməkçisi vəzifəsində Rəşad Məmmədovu əvəzləyməyi də özünə yaraşdırmayıb.

Qurbanov konkret danışıb: «Mən icraçı direktor olmalıyam». Rəfiyev 3 il öncə Peşəkar Futbol Liqasından dəvət etdiyi digər dostu Zamiq Hüseynovu həmin postdan kənarlaşdırmaq və digər vəzifəyə göndərmək istəməyib, bu isə Qurbanovun acığına gəlib.

Demə, onun AFFA-da işlə düzəlməsinin daha güclü vasitəçiləri var imiş… Əmisi İskəndər Cavadov və Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev İlqara iş verilməsi üçün federasiya rəhbərliyinə minnətçi düşüb.

Həmçinin qurumun Texniki Direktoru Cahangir Həsənzadə onun xahişini edib.

Əlbəttə, Qurbanov bunların heç birini unutmayıb və Rəfiyev haqda onda olan bəzi informasiyaları AFFA rəsmiləri ilə bölüşüb.

Nə deyib, nə deməyibsə, artıq yığmanın bəzi futbolçuları «Sumqayıt»ın menecer-prezidentinin «əlindən çıxıb». Federasiya Anatoli Nuriyevin milliyə gətirilməsi prosesində də Riad bəyin iştirakına icazə verməyib. (sportinfo.az)